KQB generalı ABŞ-ın dəhşətli Türküstan planını açıqladı

KQB generalı ABŞ-ın dəhşətli Türküstan planını açıqladı backend

ABŞ 1980-cı illərin ortalarından etibarən Mərkəzi Asiya respublikalarının yerində “İslam xilafəti” yaratmağı planlaşdırır.

Axar.az xəbər verir ki, bunu “RİA Novosti” agentliyinə açıqlamasında Rusiya FTX-nin və SSRİ DTX-nin ehtiyatda olan general-mayoru Boris Sokolov deyib.

“1985-ci ildə biz Əfqanıstanda tranzit nöqtələrdən birini ələ keçirdik və burada xəritə aşkarladıq. Bu xəritədə gələcək “islam xilafəti”nin xəritəsi çəkilmişdi. Paytaxtı Fərqanə və Səmərqənd olan xilafət Mərkəzi Asiya respublikalarının ərazisində yerləşdirilmişdi. Yəni amerikalılar radikal islamın yayımı planını həmin tarixdən işləyib hazırlamışdılar”, – deyə o bildirib.