Ərdoğan Putinin üzünə dedi: YPG Minbiçdən çıxacaq

Ərdoğan Putinin üzünə dedi: YPG Minbiçdən çıxacaq backend

Soçidə Suriya məsələsi ilə bağlı Rusiya, Türkiyə və İran prezidentlərinin iştiraki ilə üçtərəfli görüş keçirilir.

Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, Soçidə Suriya məsələsi ilə bağlı keçirilən üçtərəfli zirvə toplantısından əvvəl Ərdoğan və Putinin nümayəndə heyətləri arasında görüş olub.

Görüş zamanı Ərdoğan belə bir açıqlama verib: "Terror təşkilatı YPG/PYD, Fıratın qərbindən təmizlənmədən Suriyanın ərazi bütövlüyü təmin edilə bilməz. Bölgənin təhlükəsizlik məsələsinin təfərrüatları ilə bağlı ABŞ-la danışıqlara davam edirik. Rusya ilə koordinasiya halında hərəkət etməyi arzu edirik. İdlibdə Rusyadan gözlədiyimiz əldə etdiyimiz razılığa davam edilməsidir."

Rusiya prezidenti Vladimir Putin də: "Türkiyə ilə birlikdə Suriyada tərəflər arasındaki dialoqa yeni bir təkan qazandıracağımıza əminəm" deyə bildirib.