Hitlerin tablolarına hərracda alıcı çıxmadı

Hitlerin tablolarına hərracda alıcı çıxmadı backend

Faşist Almaniyasının lideri Adolf Hitlerin sulu boya ilə işlədiyi 5 tabloya açıq hərracda alıcı çıxmayıb.

Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, "Nuremberger Nachrichten" qəzetində yer alan xəbərə görə Nürnberq şəhərində "Weidler" hərrac evi tərəfindən 19 mindən 45 min avroyadək açıq hərraca çıxarılan tablolarını heç kim satın almayıb.

Tabloların saxta ola biləcəyi ehtimalına görə satılmadığı bildirilir.

Hitlerin gəncliyində Avstriyanın Vyana şəhərində rəssam olmaq həvəsiylə 2 minə qədər tablo çəkdiyi güman edilir.

"Weidler" hərrac evi 2015-ci ildə Hitlerin 10-dan çox tablosunu təxminən 400 min avroya satmışdı.