İŞİD-in son qalası da əlindən alınır – Əməliyyat

İŞİD-in son qalası da əlindən alınır – Əməliyyat backend

Suriya Demokratik Qüvvələri Fəratın Şərqində - Deyr əz-Zorda son İŞİD mövqelərini ələ keçirmək üçün hücuma başlayıb.

Axar.az xəbər verir ki, bu barədə “Əl-Hədat” telekanalı informasiya yayıb.

Məlumata görə, İŞİD-in nəzarət etdiyi İraqla sərhəddəki 4 min kvadrat kilometrlik son bölgəyə hücum bütün mülki insanların çıxarılmasından sonra başlayıb. Ərazidən ümumilikdə 20 min insan humanitar dəhlizlər vasitəsilə təxliyə edilib. Ərazidə təxminən 400-600 İŞİD terrorçusunun qaldığı ehtimal olunur.

Terrorçular bölgədən qaçmağa çalışsa da, ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın müdaxiləsi ilə bunun qarşısı alınıb.