Suriyada ötən həftə 260 hökumət əsgərini öldürən müxaliflər Bəşər Əsədə daha bir zərbə vurublar.
Qaziler.az Axar.az-a istinadən xəbər verir ki, Əsədin bir neçə ay öncə görüşdüyü yaxın komandirlərindən leytenant Abduzzeyn Sakr müxalif qüvvələr tərəfindən öldürülüb.
Əl Ərəbiyə kanalının verdiyi məlumata görə, Suriyada vətəndaş müharibəsinin başladığı gündən bu yana ilk dəfə birbaşa Əsədə bağlı olan Prezident Qvardiyasının komandiri qətlə yetirilib.
Qeyd edək ki, Suriya prezidenti bir müddət öncə Dəməşqin şərqindəki Cobar bölgəsində vuruşan əsgərləri ziyarət etmiş və onlarla birgə yemək yemişdi.