Türkiyə hökuməti Fransa Prezidenti Emmanuel Makronun 24 aprel tarixini qondarma erməni soyqırımının anım günü kimi qeyd etmək qərarını kəskin şəkildə tənqid edib.
Axar.az xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın danışıb.“Makronun “erməni soyqırımı”nın anım günü ilə bağlı elan xarakterli açıqlamasını şiddətli qınayırıq. Qondarma erməni soyqırımı iddiaları heç bir hüquqi təməli olmayan, tarixi həqiqətlərə zidd, siyasi bir yalandır. Türkiyə üçün heç bir hökmü yoxdur. Prezident Rəcəb Tayyib Ərdoğanın 2005-ci ildə həqiqətlərin işıqlandırılması üçün Ortaq Tarix Komissiyası yaradılması çağırışından qaçanlar tarixi hadisələri manipulyasiya etməyə çalışırlar”, - Kalın bildirib.