Düşənbədə MDB ölkələrinin dövlət təhlükəsizlik və xüsusi xidmət orqanlarının rəhbərlərinin iclası keçiriləcək.
Axar.az xəbər verir ki, bu barədə informasiyanı “İnterfaks” agentliyi yayıb.Agentliyin məlumatına görə, görüşdə İŞİD tərəfindən təşkilat üzvü olan dövlətlərə qarşı mümkün olan təhdid imkanları müzakirə ediləcək. Bundan başqa, xüsusi xidmət orqanlarının rəhbərləri arasında ediləcək müzakirələr sırasında terrorizm və ekstremizmə qarşı birgə mübarizə məsələləri də yer alacaq.