İranda jurnalistin məhkəməsi qapalı keçir

İranda jurnalistin məhkəməsi qapalı keçir backend

"Washington Post"un Tehran müxbirinin məhkəməsi qapalı olacaq.

"Washington Post”un müxbiri Jason Rezaianın bu gün Tehranda məhkəməsi başlayacaq.

ANS PRESS-in məlumatına görə, İnqilab Məhkəməsində keçiriləcək məhkəmə ictimaiyyət üçün qapalı şəkildə baş tutacaq. Əslən İrandan olan Amerika vətəndaşı J.Rezaian casusluda ittiham edilir.

Məhkumun qardaşı Əli Rezaian bildirib ki, ailə üzvlərinin heç biri məhkəmə prosesinə buraxılmayacaq. Məhkəmə prosesi bütün dünya üçün qapalı olacaq. Biz onun günahsız yerə saxlanmasını pisləyirik."

İranın rəsmi nümayəndələri J.Rezaianın vəkilinin və tərcüməçisinin məhkəmə prosesində iştirak edəcəyini açıqlayıb.

Xatırladaq ki, J.Rezaian ötən il iyulun 22-də öz evində həbs olunub. İran hakimiyyəti onun tutulmasının səbəblərini açıqlamayıb. Nyu-Yorkda yerləşən Jurnalistləri Müdafiə Komitəsinin məlumatına görə, hazırda İranda 35 jurnalist həbsdədir. Bu ölkə həbsdə olan jurnalistlərin sayına görə dünyada ilk üçlükdə yer alır.
Diaspora