Belçikada silahlı hücum nəticəsində Türkiyə vətəndaşları yaralanıb. Yaralılardan biri həyatını itirib
Bu barədə Qaziler.az Türkiyə mətbuatına istinadən xəbər verir.Bildirilir ki, hadisə Antverpen şəhərində, türklərin sıx yaşadığı küçələrin birində, kafe önündə baş verib. Bir nəfərin silahdan açdığı atəş nəticəsində üç Türkiyə vətəndaşı yaralanıb. Onlardan birinin xəstəxanada öldüyü bildirilir.
Polis faktla bağlı bir neçə nəfəri saxlayıb. Hadisə ilə bağlı araşdırma aparılır.