İranın cənub-şərqində terror aktı törədilib.
Teleqraf.com xəbər verir ki, hadisə ölkənin Sistan və Bəlucistan vilayətinin Nikşəhr şəhərində qeydə alınıb.Belə ki, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) yerli qərargahına silahlı hücum nəticəsində 1 nəfər ölüb, 5 nəfər də yaralanıb.
Hücumun məsuliyyətini “Ceyş-ül Ədl” (“Ədalət Ordusu”) adlı terror təşkilatı öz üzərinə götürüb.