Rusiya Ermənistana Su-30SM qırıcıları satır

Rusiya Ermənistana Su-30SM qırıcıları satır backend

Ermənistan Rusiyadan Su-30SM qırıcılarının alınmasına dair müqavilə bağlayıb.

Virtualaz.org xəbər verir ki, bu haqda Ermənistan Müdafiə Nazirliyindən “Sputnik Armenia” agentliyinə bildiriblər.

“Ermənistanın Su-30SM qırıcılarını almasına dair müvafiq razılaşma imzalanıb”-nazirlikdən deyiblər. Təyyarələrin sayı və sövdələşmənin məbləği açıqlanmayıb.

Ermənistanın Rusiyadan Su-30SM qırıcıları almaq niyyəti barədə hələ ötən ildən məlum idi. Bu, hakimiyyətə yeni gələn Nikol Paşinyanın Yerevan yaxınlığındakı “Erebuni” Rusiya aviabazasında həmin qırıcının pilot kabinəsində çəkilmiş fotosunu Facebook-da paylaşmasından sonra üzə çıxmışdı. Bildirilirdi ki, Rusiya tərəfi qırıcını Ermənistan baş nazirinə nümayiş etdirmək üçün Yerevana gətirib.

Daha sonra, 2018-ci ilin dekabrında müdafiə naziri David Tonoyan jurnalistlərə bildirmişdi ki, qırıcıların alınmasına dair sövdələşmə tamamlanmaq üzrədir.