Necati Şaşmaz arvadından 10 milyon təzminat istəyir

Necati Şaşmaz arvadından 10 milyon təzminat istəyir backend

Necati Şaşmaz ilə 7 ildir evli olan Nagehan Şaşmazın boşanma xəbərləri ötən gündən Türkiyə mediasının gündəmini zəbt edib.

Axşam.az-ın məlumatına görə, cütlüyün ayrılmasının səbəbləri ilə bağlı bəzi məqamlar açıqlanıb. Aktyorun vəkili boşanma prosessinin qalmaqallı olacağını bildirib.

Boşanmaq üçün məhkəməyə ilk müraciət edən Necati olub. O, 10 milyon lirə təzminat və iki övladının qəyyumluğunu istəyib.

Vəkil məhkəməyə təqdim etdiyi şikayət ərizəsində Nagehanın evliliyini ağır hərəkətlərlə sarsıtdığını qeyd edib. Almaniya vətəndaşı olan Nagehanın uşaqları özü ilə xaricə aparmasına da qadağa qoyulması tələb edilib. Belə ki, aktyor arvadının övladlarını ondan qaçırdacağını güman edir.

Qeyd edək ki, Türkiyə KİV-i boşanma səbəbi kimi Nagehan Şaşmazın Necati Şaşmaza xəyanət etməsini göstərir.