Türkiyə 80 minlik ordu ilə döyüşə girir? - Rus ekspert

Türkiyə 80 minlik ordu ilə döyüşə girir? - Rus ekspert backend

Türkiyə Suriyada gələcəkdə baş tutacaq əməliyyatlar üçün tamamilə hazırdır.

Axar.az xəbər verir ki, bu sözləri rusiyalı hərbi ekspert Vladimir Yevseyev deyib.

O bildirib ki, Ankara bu əməliyyatlarda qarşıya çıxacaq çətinlikləri və itkiləri nəzərə almalıdır:

“Əməliyyat sadəcə səhralıqda deyil, şəhərlərdə də aparılacaq. Məsələn, türk ordusu Kobanidə güclü müqavimətlə qarşılaşacaq. Türkiyə Afrində 8-12 min arası əsgərlə mübarizə apardı. Hələbdə buferzona yaradılmasında isə 5-6 min əsgər iştirak etdi. Türkiyə heç bir yerdə 15 mindən çox əsgərdən istifadə etmədi. Bu səbəbdən sərhəddəki mümkün əməliyyatlarda 80 min əsgərdən istifadə ediləcəyi yönündə yayılan məlumatlar həqiqətə uyğun deyil”.