ABŞ-la bütün diplomatik əlaqələri kəsdiyini bəyan edən Venesuela Prezidenti Nikolas Maduronun amerikalı diplomatlara ölkəni tərk etmələri üçün qoyduğu 72 saat başa çatıb.
Teleqraf.com xəbər verir ki,Venesuelanın Xarici İşlər Nazirliyi ABŞ-ın Karakasdakı səfirində çalışan diplomatik personalın bir hissəsinin yanvarın 25-dən etibarən ölkəni tərk etdiyi barədə açıqlama yayıb.İki ölkənin ticarət əlaqələri və qaçqınlarla bağlı işlərin aparılması üçün qarşılıqlı ofislərin açılması istiqamətində 30 gün müzakirə aparılacağı vurğulanır.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp müxalifət lideri Xuan Quaidonu Venesuela prezidenti kimi tanıdığını bəyan edib.