Rus əsgərləri Menbiçdə

Rus əsgərləri Menbiçdə backend

Rusiya hərbi polisi və Bəşər Əsəd qüvvələri ABŞ ordusu Menbiçin şimal hissəsindən çıxdıqdan sonra bu ərazilərdə ortaq patrul fəaliyyətinə başlayıb.

Teleqraf.com xəbər verir ki, ərazidə rus əsgərləri və texnikası yanvarın 24-də xidmətə başlayıb.

Rusiya hərbi polisi və Suriya ordu bölmələri müştərək şəkildə Dadat kəndi ətrafında gözə dəyiblər.

Bu qüvvələrin sözügedən ərazilərdə ortaq fəaliyyəti bölgədə YPG/SDG terror təşkilatı ilə Türkiyənin dəstəklədiyi Azad Suriya Ordusu arasında çıxa biləcək silahlı qarşıdurmanı önləmək kimi göstərilir.