ABŞ və 8 Avropa ölkəsi mayın 25-də Arktikada birgə hərbi təlimlərə başlayıb.
Qaziler.az Xezerxeber.com-a istinadən bildirir ki, təlimlərə 100 qırıcı təyyarə və 4 min hərbi qulluqçu cəlb edilib.Norveç, İsveç və Finlandiyanın şimal bölgələrində keçirilən təlimlərdə məqsəd, Rusiyaya sərhəddinə yaxın olan şimal ölkələrin qarşılıqlı hərəkətini yoxlamaqdır.
Bu, 2015-ci ildə Avropada keçirilən ən böyük, 2013-cü ildən bu yana isə ikinci böyük hərbi təlimdir.
Təlimlərdə ABŞ, Almaniya, Böyük Britaniya, Fransa, Niderland və Norveç, o cümlədən NATO ölkələri olmayan İsveç, Finlandiya və İsveçrə iştirak edir.