Rusiyada 250 təyyarə və vertolyotun habelə700 müxtəlif növ döyüş texnikasının istifadəsi ilə böyük hərbi təlimlər başlayıb. Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, təlimlərdə 12 min hərbi xidmətçi iştirak edir.
Qaziler.az bbc.com-a istinadən bildirir ki, Rusiya Müdafiə Nazirliyi hərbi təlimi Mərkəzi Hərbi Dairənin aviasiya qrupu və hava hücumundan müdafiə qoşunlarının döyüş hazırlığının ani yoxlaması adlandırır.Təlimdə iştirak edən hərbi hissələr tam döyüş hazırlığı vəziyyətinə gətirilib.
Uzaquçan aviasiya təyyarələri şərti düşmənin Komi Respublikasında “Pemboy” qütbarxası poliqonundakı yerüstü hədəflərini qanadlı raketlərlə atəşə tutacaq.
Ekspertlərin sözlərinə görə, Rusiyadakı təlimlər NATO-nun Finlandiya və İsveçlə birgə apardığı Arktic Challengle bir gündə başlayıb.
Son dövrlərdə Rusiya-Ukrayna münasibətləri və Rusiya təyyarələrinin Avropa ölkələri ilə sərhəddə tez-tez görünməsi Moskva və Qərb arasındakı münasibətləri gərginləşdirib.