Rusiyanın “Aeroflot” dövlət şirkətinə məxsus “Boeing 737” tipli sərnişin təyyarəsi Surqut – Moskva reysini yerinə yetirərkən silahlı şəxs tərəfindən ələ keçirilib.
"Aeroflot"un SU1515 Surqut-Moskva reysi sərnişinlərdən birinin xuliqanlıq hərəkətləri nəticəsində kursunu dəyişib və çərşənbə axşamı Xantı-Mansiysk şəhərinin hava limanında eniş edib.Bu barədə "Report" TASS-a istinadən xəbər verir.
Rusiya Federal Hava Nəqliyyat Agentliyinin Hava Nəqliyyat İdarəsinin Ural Regionlararası Ərazi İdarəsinin rəhbəri Aleksandr Şulepov bildirib ki, göyərtədəki sərnişinlərdən birinin xuliqanlığı nəticəsində təyyarə Xantı-Mansiyskə yönəldilib.
Reysin kursunu dəyişməsinə səbəbkar olan sərnişin saxlanılıb.
***15:44
“Report” “İnterfax”a istinadən xəbər verir ki, 41 yaşlı Pavel Şapovalov adlı sərnişin təyyarəni Əfqanıstana yönəltməyi tələb edib.
“Flight Radar” xidmətinin məlumatına görə, aralarında bir körpə olan 69 sərnişini daşıyan təyyarə Xantı-Mansiysk şəhəri yaxınlığında enişə gedir.