Londonda 10 günlük tətil

Londonda 10 günlük tətil backend

London Milli Qaleyerasının işçiləri 10 günlük tətil elan edib. Hələ fevral ayında keçirilən tətil etiraz aksiyasının bir hissəsi idi. Etirazların səbəbi Qalereya rəhbərliyinin qonaqlara göstərilən xidmətlərin özəl şirkətə təhvil verməyi olub.

Həmkarlar ittifaqı dövlət və kommersiya sektorundan verilən xəbərə görə, Milli Qalerayanın əməkdaşlarının tətili mayın 26-dan iyunun 4-dək davam edəcək.

Mayın 30-da Qalereyanın işçiləri Milli Qalereya yerləşən Trafalqar meydanında da piket keçirəcək.

“Satış planı dünya şöhrətli muzeyin nüfuzuna təhdiddir. Rəhbərlik bütün işçiləri, həmçinin rəsmlərə nəzarət edən və təxminən 6 milyon qonaqların hər gün ziyarət etdiyi qalereya işçilərini də özəl idarəetməyə keçirmək istəyir.” - deyə Həmkarlar İttifaqı dövlət və kommersiya sektorunun işçisi bildirib.

Aydan Əlizamanlı - QAZİLER.AZ
Diaspora