İstanbul metrosunda “Qanlı Yanvar” - Fotolar

İstanbul metrosunda “Qanlı Yanvar” - Fotolar backend

20 Yanvar faciəsinin 29-cu ildönümü ilə əlaqədar İstanbul Şəhər Metrosunun “Yeni Qapı” qovşağında “Qanlı Yanvar” adlı fotosərgi təşkil edilib.

Qaziler.az AzərTac-a istinadən xəbər verir ki, sərgi Azərbaycanın İstanbuldakı baş konsulluğunun təşəbbüsü ilə baş tutub. Sərgidə 20 Yanvar faciəsinin dəhşətlərini əks etdirən orijinal fotolar nümayiş olunub.

İki gün davam edəcək sərginin açılışında konsulluğun əməkdaşları, İstanbulda yaşayan azərbaycanlılar, QHT və KİV nümayəndələri iştirak ediblər.

Qanlı yanvar hadisələri haqqında danışan İstanbul sakinləri türk xalqının hər zaman Azərbaycanın yanında olduğunu və azadlıq uğrunda mübarizədə şəhid olan soydaşlarımızın ruhunu ehtiramla andıqlarını bildiriblər.

Qeyd edək ki, davamlı olaraq sərgilərin keçirildiyi "Yeni Qapı" qovşağı sərnişinlərin ən çox istifadə etdiyi ərazidir.
Diaspora