Cenevrədə Ümumdünya Sammiti başlayıb

Cenevrədə Ümumdünya Sammiti başlayıb backend

Qaziler.az Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin saytına istinadən bildirir ki, Cenevrədə (İsveçrə) İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammiti (WSIS - World Summit on the Information Society) - informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində böyük illik görüş başlayıb. Tədbirin təşkilatçıları qismində BMT-nin bir sıra təsisatları, o cümlədən Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ), YUNESKO və BMT İnkişaf Proqramı çıxış edir.

Forum iştirakçıları İKT sahəsində innovasiyaları və onların dayanıqlı inkişafa təsirini müzakirə edirlər. Burada Birləşmiş Millətlər Təşkilatının ixtisaslaşmış müəssisələri, hökumətlər, vətəndaş cəmiyyəti və İKT sahəsinin təşkilatları təmsil olunur.

Ənənəvi olaraq hər ilin mayında keçirilən forumun formatı bütün maraqlı tərəflərin informasiya cəmiyyəti ilə bağlı məsələlərin çoxtərəfli müzakirələrdə iştirakını təmin etməyə imkan verir.

Beş gün davam edəcək sammit iki seqmentdən ibarətdir. Birinci seqmentə hökumət nümayəndə heyəti rəhbərlərinin iştirakı ilə yüksəksəviyyəli tədbirlər və görüşlər daxildir. İkinci seqment tematik seminar və sərgilərin keçirilməsini, eləcə də İKT sahəsində bilik və təcrübə mübadiləsini nəzərdə tutur, - BMT Radiosu yazır.
Diaspora