Türkiyə 53 min 99 suriyalıya vətəndaşlıq verib.
“Report” “Hurriyet”ə istinadən bildirir ki, bunu Türkiyənin daxili işlər naziri Süleyman Soylu deyib.O qeyd edib ki, həmin şəxslər Türkiyə vətəndaşı olmaq hüququ qazanıblar və martın 31-də keçiriləcək bələdiyyə seçkilərində səsvermədə iştirak edəcəklər.
Nazir vurğulayıb ki, bələdiyyə seçkilərinin təhlükəsizliyini 547 min polis təmin edəcək.
Qeyd edək ki, 2011-ci ildə Suriyada başlayan vətəndaş müharibəsindən sonra ölkədən didərgin düşən 3 milyon suriyalı Türkiyəyə sığınıb.