ABŞ kəşfiyyatının prezident Donald Tramp və Rusiya prezidenti Vladimir Putin arasındakı tet-a-tet görüşün bütün detallarını bilir.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə “The Washington Times” qəzeti kəşfiyyat orqanlarındakı mənbələrinə istinadən məlumat yayıb.Yazıda ABŞ Mərkəzi Kəfiyyat İdarəsinin söhbəti finli həmkarlarına dinlətdirdiyi bildirilib.
“Finlandiya kəşfiyyatının danışığın bütün stenqramını amerikalılarla paylaşması ehtimalı olduqca qüvvətlidir”,- deyə qəzetin anonim şərtlərlə xəbər aldığı mənbə söyləyib.
Qeyd olunur ki, bundan daha öncə müxalifətdəki Demokrat partiyasının nümayəndələri iki prezident arasındakı söhbəti tərcümə edən Marina Qrossun Konqresə gətirilməsinə cəhd göstərib.
Bu ay isə Senatın Xarici əlaqələr komitəsinin sdəri Robert Menendez və Silahlı qüvvələr üzrə komitəsinin sədri Cek Rid Donald Trampa məktub göndərərək ondan tərcüməçisinin Konqresdə danışmasına icazə verməsini tələb etmişdi.
Bu məsələdə Rusiya tərəfinin əl-ayağa düşməsi diqqət cəlb edir. Xarici işlər naziri Sergey Lavrov ABŞ Konqresin Ağ Ev rəhbərinə xarici siyasəti həyata keçirməyə mane olmaq cəhdini qeyri-qanuni adlandırıb.
“Diplomatiya mədəniyyəti, danışıqlar mədəniyyəti, beynəlxalq səviyyədə ünsiyyət aparmaq mədəniyyəti deyilən bir şey var. Bu isə bir sıra ədəb qaydalarına və hüquqi normalara riayət olunmasını nəzərdə tutur. ABŞ konstitusiyası prezidentə xarici siyasi yürütmək salahiyyətini verib”, - deyə Lavrov jurnalistlər üçün keçirdiyi mətbuat konfransında söyləyib.
Sergey Lavrov Donald Trampı “Rusiya agenti” adlandırılmasını da ABŞ mətbuatının standartlarının, peşəkarlğının düşməsi ilə izah edib.