Türkiyə Trampın hədəsinə cavab verdi

Türkiyə Trampın hədəsinə cavab verdi backend

Türkiyə ABŞ prezidenti Donald Trampın hədələrinə baxmayaraq Suriyadakı silahlı kürdlərlə mübarizəni dayandırmayacaq

Qaziler.az Lenta.ru-ya istinadən bildirir ki, bu barədə Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın öz Twitter hesabında yazıb.

“Suriya kürdləri ilə PKK, PYD, YPG-ni eyniləşdirmək çox böyük səhvdir“ - deyə Kalın Amerika dövlət başçısına müraciətində yazıb.

Kalın xüsusi olaraq qeyd edib ki, Ankara kürdlərlə deyil, terrorçularla mübarizə aparır. “Biz kürdləri və digər suriyalıları terrorçuların təhlükəsindən müdafiə edirik“- deyə o, vurğulayıb.

Qeyd edək ki, yanvarın 14-də Tramp Ankaranı Suriya kürdlərinə zərbə endirəcəyi təqdirdə Türkiyənin iqtisadiyyatını məhv edəcəyi ilə hədələmişdi.