ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə danışıqlarının protokollarını açıqlayacaq.
Teleqraf.com xəbər verir ki, Tramp "Fox News" telekanalına müsahibəsində bildirib ki, protokolları açıqlamaqdan ehtiyat etmir.“Bunu edəcəyəm, vecimə də deyil”, - deyə o vurğulayıb.
Tramp əlavə edib ki, 2017-ci ilin yayında Hamburqda Putinlə əla söhbəti olub. Söhbət zamanı Suriyadakı durum və digər məsələlər müzakirə edilib.