Fransa hərbi təyyarələrinin Suriyada Hajin bölgəsinin İŞİD-dən alınması üçün dekabrın 7-də əməliyyat keçirdiyi üzə çıxıb.
Teleqraf.com xəbər verir ki, "Centcom" Fransa Müdafiə Nazirliyinə istinadla bu barədə məlumat yayıb.Terror təşkilatı YPG/PKK-ya havadan dəstək vermək məqsədilə keçirilən əməliyyat zamanı İŞİD-in hərbi bazaya çevirdiyi xəstəxana məhv edilib.
Fransa təyyarələrinin İŞİD-ə məxsus hədəfləri bombaladığı bildirilir.
Məlumata görə, Fransa hərbi təyyarələri həftədə 20 hərbi əməliyyat keçirir.