Meksikanın sərhədyanı Syudad-Akunya şəhərində baş verən dağıdıcı tornado nəticəsində 10 nəfər ölüb. APA-nın Reuters agentliyinə istinadən verdiyi məlumata görə, yüzlərlə ev və tikililərə ziyan dəyib, maşınlar aşıb, mobil rabitə kəsilib.
“Ölənlərin əksəriyyəti təbii fəlakət zamanı küçədə olublar”, deyə Syudad-Akunya şəhərinin meri bildirib.Bundan əvvəl ABŞ-ın Texas ştatında güclü qasırğa nəticəsində 26 nəfər xəsarət almışdı.