Əfqanıstanın Zəbul və Qəndəhar əyalətlərində baş verən terror aktları nəticəsində 11 nəfər ölüb. APA-nın “Əl- Arabiya”-ya istinadən verdiyi məlumata görə, Zəbul əyalətində terrorçu-kamikadze idarə etdiyi yük maşınını inzibati binasının qarşısında partladıb. 5 nəfər ölüb, 60 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
Bir qədər sonra isə Qəndəhar vilayətində 6 nəfər şose yaxınlığında törədilən partlayışın qurbanı olub