Almaniyanın millət vəkili Karl-Georg Vellmannın Rusiyaya girişinə icazə verilməyib.
Axar.az xəbər verir ki, bu barədə millət vəkili özü Almaniya mətbuatına bildirib. Onun sözlərinə görə, paytaxt Moskvanın Şeremetyevo beynəlxalq hava limanında polis onun ölkəyə girişinə icazə verməyib.Xristian Demokrat Birlik Partiyasının (CDU) Federal Məclis üzvü 2019-cu ilədək Rusiyaya girişinə qadağa qoyulduğunu bildirib. O, Rusiyanın yüksək vəzifəli şəxslərinin dəvəti ilə Moskvaya getdiyini qeyd edib.
Moskvadakı hava limanında uzun müddət gözləmək məcburiyyətində qalan və sonra Almaniyaya dönən millət vəkili Rusiya tərəfinin onun adını qara siyahıya saldığını iddia edir. Onun fikrincə, Federal Məclisdə Almaniya-Ukrayna parlamentlərarası Dostluq Qrupunun başçısı olduğundan Moskva onun adını qara sıyahıya salıb.
Hadisədən sonra Almaniyanın Moskvadakı səfiri Rüdiger Freiherr von Fritş Rusiya Xarici İşlər Nazirliyinə gedərək etirazını bildirib.