ABŞ yalan deyir, Suriyadan buna görə çıxır - İran

ABŞ yalan deyir, Suriyadan buna görə çıxır - İran backend

ABŞ-ın Suriya strategiyası çöküb.

Axar.az xəbər verir ki, bunu İran Təhlükəsizlik Şurasının katibi Əli Şamxani Tehranda keçirilən Qərbi Asiya Təhlükəsizlik Konfransında çıxışı zamanı deyib.

O, İŞİD-in Suriyada məğlub edilməsində ABŞ-ın heç bir rolunun olmadığını söyləyib:

“ABŞ indi Fəratın şərqində ziddiyyətli bir vəziyyətlə qarşı-qarşıyadır. Mövcud şərtlər ABŞ-ın Suriyadan çıxmasını şərtləndirir. 2019-cu ildə ABŞ bölgədən çəkilməyə başlayacaq. Eyni zamanda bu formada Bəsrə körfəzindən də çəkilməyə məcbur qalacaq”.

Qeyd edək ki, bundan əvvəl ABŞ Prezidentinin təhlükəsizlik üzrə müşaviri Con Bolton ABŞ-ın Suriyadan çəkilməsinin YPG-nin təhlükəsizliyinin qarantiyaya alması və İŞİD-in məğlub edilməsi ilə bağlı olduğunu söyləmişdi.