Rusiya müəyyən olunmuş vaxtda orta və yaxın mənzilli raketlərin məhv edilməsinə dair Müqavilənin yerinə yetirilməsinə qayıtmasa, NATO buna reaksiya verəcək.
Oxu.Az xəbər verir ki, bunu DPA-ya müsahibəsində NATO baş katibi Yens Stoltenberq deyib.“Əsas odur ki, indi Rusiyanın son şansı var. Əgər Rusiya müqavilənin şərtlərinə qayıtmasa, böyük problemimiz yaranacaq. Çox sərt reaksiya verməyəcəyik, lakin bunu etməli olacağıq”, - deyə o vurğulayıb.