Rusiyanın Maqnitoqorsk şəhərində çoxmərtəbəli yaşayış binasının girişinin uçması nəticəsində ölənlərin sayı 37 nəfərə çatıb.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Fövqəladə Hallar Nazirliyi məlumat yayıb."Dağıntılar altından çıxarılan sonuncu şəxsin cinsiyyəti məlum deyil", — deyə məlumatda bildirilir.
Eyni zamanda daha 4 nəfərin aqibəti əvvəlki kimi qeyri-müəyyən olaraq qalır.