Astana: “Suriya müxalifət qrupları arasında danışıqlar başlayıb”.
Qaziler.az bbc.com-a istinadən xəbər verir ki, Qazaxıstan paytaxtı Astanada suriya müxalifətinin müxtəlif qrupları arasında məsləhətləşmələr başlayıb.Bağlı qapılar arxasında keçirilən danışıqlarda Qazaxıstanın Xarici İşlər naziri Yerlan İdrisov iştirak edir.
Bundan əvvəl Bəşər Əsəd əleyhdarları suriya böhranının tənzimlənməsilə bağlı danışıqların keçirilməsində vasitəçiliyi üzərinə götürmək xahişilə Qazaxstana müraciət etmişdilər.
"Qazaxıstan Suriya müxalifəti nümayəndələrinə aralarında danışıqlara başlamaq üçün tələb olunan şəraiti yaradıb", Qazaxıstan Xarici İşlər Nazirliyinin məlumatında qeyd olunub.
Gözlənildiyinə görə, Astana danışıqları mayın 27-dək üç gün ərzində davam edəcək.