ABŞ casusluqda şübhəli bilinərək Moskvada saxlanılan amerikalı Pol Uilanın dərhal geri qaytarılmasını tələb edir.
"Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın dövlət katibi Maykl Pompeo məlumat verib.O qeyd edib ki, ABŞ vətəndaşının həbsinin səbəbini bilmək istəyir.
Rusiya Federal Təhlükəsizlik Xidməti ötən il dekabrın 28-də ABŞ vətəndaşı Pol Uilanı casusluq fəaliyyətinə görə saxlayıb.