YPG terror qruplaşması Menbiçdən geri çəkilib.
Axar.az xəbər verir ki, bu barədə “Hürriyyət” yazıb.Qruplaşma Menbiç şəhərindən geri çəkildiyini və nəzarəti Bəşər Əsəd rejimi qüvvələrinə təhvil verdiyini açıqlayıb.
Qeyd edək ki, Türkiyə ordusu Menbiçə girməyə hazırlaşır.
***
Suriya ordusu hərbi qüvvələrinin Menbiçə daxil olması ilə bağlı açıqlama verib.
“Hərbi qüvvələrimiz Menbiçə girərək Suriya Respublikasının bayrağını sancıb”, - açıqlamada bildirilib.
Ordu rəhbərliyi Menbiçdəki bütün Suriya və digər ölkə vətəndaşları üçün təhlükəsizlik zəmanəti verib.
Rusiya da Menbiçdəki son hadisələrlə bağlı mövqeyini açıqlayıb.
Kremlin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov məsələ ilə bağlı verdiyi açıqlamasında deyib ki, rəsmi Moskva Suriya ordusunun Menbiçə girməsini məmnunluqla qarşılayıb.
***
Azad Suriya Ordusu Suriya silahlı qüvvələrinin Menbiçə daxil olması xəbərini təkzib edib.
***
Azad Suriya Ordusu Menbiçə daxil olub.
15 minə yaxın ASO hərbçisi Menbiçin ətrafında yerləşməyə başlayıb.
***
Regionda ABŞ əsgərləri keşiş çəkirlər. ABŞ-a məxsus helikopterlər də havadan kəşfiyyat uçuşu aparır.
Bu barədə "Yeni Akit" məlumat yayıb.
ASO rəsmiləri əməliyyata başlamaq üçün Türkiyədən gələcək əmri gözlədiklərini bəyan ediblər.