Putindən Paşinyana gecikən təbrik

Putindən Paşinyana gecikən təbrik backend

Rusiya prezidenti Vladimir Putin Moskvada səfərdə olan Ermənistan baş naziri vəzifəsinin icraçısı Nikol Paşinyanla görüşündə onu parlament seçkilərində qələbə qazanması münasibətilə təbrik edib.

Azvision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Putin gec olsa da, Paşinyana təbriklərini çatdırıb, fəaliyyətində uğurlar arzulayıb.

Qeyd edək ki, "Mənim addımım" bloku dekabrın 9-da Ermənistanda keçirilən növbədənkənar parlament seçkilərində qalib gəlsə də, Putin bu münasibətlə Paşinyanı təbrik etməmişdi. Bəzi xarici KİV-lər bunu Rusiyanın Ermənistanın yeni hakimiyyətini dəstəkləməməsi kimi qələmə verirdi.