“Aleksey Mozqovoyun ölümü Rusiya xüsusi xidmət orqanları tərəfindən təşkil olunmayıb”.
Qaziler.az Axar.az-a istinadən xəbər verir ki, bu açıqlama ilə Ukrayna Xarici Kəşfiyyat İdarəsinin eks-rəhbəri Nikolay Malomuj çıxış edib.Onun sözlərinə görə, bu şəxsin öldürülməsi Moskvanın Donbasdakı mövqelərinə ciddi zərbədir:
“Əgər bu tip təmizləmələr aparılsa, o zaman orada heç kim qalmayacaq. Müxtəlif xüsusi xidmət orqanları var ki, onlar bu qruplaşmalardan kiminsə ləğvi üçün istifadə edirlər. Məhz bu situasiyada Mozqovoya qarşı əməliyyatın xüsusi xidmət orqanları tərəfindən keçirildiyini söyləmək olar. Bunun ardı da olacaq”.
Qeyd edək ki, Aleksey Mozqovoy qondarma “Luqansk Xalq Respublikası”nın 4-cü batolyonunun komandiridir. O, mayın 23-də qətlə yetirilib.