Pentaqon ABŞ və Türkiyənin yüksək rütbəli hərbçilərinin görüşəcəyini açıqlayıb

Pentaqon ABŞ və Türkiyənin yüksək rütbəli hərbçilərinin görüşəcəyini açıqlayıb backend

"Bu həftə ABŞ və Türkiyənin yüksək rütbəli hərbçiləri arasında görüş olmalıdır".

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Pentaqon nümayəndəsi Hezer Babb bildirib.

Qeyd olunur ki, görüşdə Suriyanın şimal-şərqindəki vəziyyətin, eləcə də təhlükəsizlik məsələlərinin müzakirə ediləcəyi planlaşdırılır.

"Bu həftə Türkiyədə görüşlər olacağını təsdiqləyə bilərəm. ABŞ və Türkiyə həm rəsmi Ankaranın təhlükəsizliyi, həm də Suriyanın şimal-şərqindəki vəziyyətlə bağlı bütün məsələləri aktiv şəkildə koordinasiya edir. Bu müzakirələrin detallarına varmayacağam", - o deyib.

Qeyd edək ki, daha əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın amerikalı həmkarı Donald Trampı 2019-cu ildə Türkiyəyə səfərə dəvət etdiyi məlum olub.