ABŞ çəkildi: Suriyaya yeni qoşun girir? - Məxfi

ABŞ çəkildi: Suriyaya yeni qoşun girir? - Məxfi backend

Suriya peşmərgələri ilə ABŞ-ın himayəsində olan YPG qruplaşması arasında gedən danışıqlar nəticəsiz qalıb.

Axar.az xəbər verir ki, bu sözləri Suriya Kürd Milli Şurasının (ENKS) xarici əlaqələr üzrə rəsmisi İbrahim Bro deyib.

"Danışıqlar zamanı peşmərgənin yenidən Suriyaya qayıtması və başqa məsələlər müzakirə olunsa da, heç bir razılaşma əldə edilmədi. Suriyanın vəziyyəti getdikcə pisləşir. Əgər Türkiyə və ABŞ arasında razılıq olmasa, peşmərgənin Suriyaya qayıtması çox çətin olacaq", - İbrahim Bro bildirib.

Qeyd edək ki, bir müddət əvvəl suriyalı peşmərgə komandirləri ilə ABŞ-ın himayəsində olan PYD arasında bu barədə danışıqlar aparıldığı bildirilmişdi.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp ölkəsinin qoşunlarının Suriyadan çıxarılması ilə bağlı göstəriş verib.