Makron Trampa dəstək vermədi

Makron Trampa dəstək vermədi backend

Fransa prezidenti Emmanuel Makron ABŞ prezidenti Donald Trampın qoşunların Suriyadan çıxarılmasına dair qərarına münasibət bildirib.

Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, Makron amerikalı həmkarının belə bir qərar verməsinə təəssüfləndiyini deyib.

"Bu qərarı üzüntü və təəssüf hissi ilə qarşıladım. Müttəfiq etibarlı və digər müttəfiqlərilə əlaqəli olmalıdır", - deyə Makron Trampın qərarını dəstəkləmədiyini etiraf edib.