ABŞ böyük dağıdıcı gücə malik aviabombanın sınağını keçirdi

ABŞ böyük dağıdıcı gücə malik aviabombanın sınağını keçirdi backend

ABŞ çox böyük dağıdıcı gücə malik aviabombanın sıqağını keçirib.

Modern.az xəbər verir ki, internetdə sınaqların videosu yayılıb.

Söhbət GBU-57 Massive Ordnance Penetrator (MOP) bombasından gedir. ABŞ Hərbi Hava Qüvvələrinin B-2 bombardmançı təyyarəsi iki ədəd bombanı Missuri ştatında yerləşən poliqona atıb.

GBU-57 bombasının çəkisi 13,6 tondur. Bomba 61 metr yerin dərinliyində effektivdir və qalınlığı 19 metrlik olan betonu dağıda bilir.

GBU-57 2007-ci ildə “Boeing” şirkəti tərəfindən hazırlanıb.