İndoneziyada baş verən sunami səbəbindən həyatını itirənlərə Allahdan rəhmət diləyirik.
Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Böyük Millət Məclisinin sədri Binəli Yıldırım deyib."Sunami fəlakətinə məruz qalmış dost və qardaş İndoneziya xalqının başı sağ olsun. Biz Türkiyə olaraq, dünyadakı bütün məzlum toplumların çətin günlərində olduğu kimi, belə ağır dönəmdə də İndoneziyanın yanındayıq", - Yıldırım bildirib.
Qeyd edək ki, İndoneziyada baş verən dəhşətli sunami nəticəsində 222 nəfər həlak olub, 800-dən çox insan yaralanıb.