Türkiyə xüsusi təyinatlıları gecə sərhədə göndərildi (VİDEO)

Türkiyə xüsusi təyinatlıları gecə sərhədə göndərildi (VİDEO) backend

Türkiyə Ordusunun xüsusi təyinatlı qüvvələri Suriya sərhədinə yerləşdirilib.

REAL xəbər verir ki, bu barədə İHA məlumat yayıb.

Xəbərə görə, 200-ə yaxın xüsusi təyinatlı və hərbi maşın karvanı Kilis şəhərinə tərəf yola düşüb.

Gecə saat 03:30-da hərbçilər avtobus və hərbi avtomobillərlə sərhədə göndərilib.

İHA-nın məlumatına görə, xüsusi təyinatlılar Elbeyli qəsəbəsindəki hərbi bazaya yerləşdiriləcək.