“İraq hərbçiləri İŞİD-ə qarşı döyüşmək istəmirlər”.
Axar.az xəbər verir ki, bu açıqlama ilə ABŞ-ın Müdafiə naziri Eşton Karter çıxış edib.Onun sözlərinə görə, iraqlı döyüşçülər heç bir zaman savaşa girmək niyyətində olmayıb:
“İraqdakı vəziyyət həddən artıq ciddidir. İraqlıların özləri gərək səy göstərib, ekstremistlərə qalib gəlsin. Biz onları hazırlaya bilərik, amma heç kimə döyüşə getmək üçün ruh verə bilmərik”.