PKK Minbiçdən: Bizi dəstəkləməsəniz...

PKK Minbiçdən: Bizi dəstəkləməsəniz... backend

PKK Minbiçdə payladığı bildirişlərdə onların dəstəklənməyəcəyi təqdirdə bölgədə "Osmanlı üsul-idarəsi"nin yaradılacağı və "xalqın qətl ediləcəyi" yönündə çirkin təbliğata başlayıb

Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, PKK ABŞ-ın bölgədən çıxma qərarından sonra "yox olma" qorxusu yaşayır. Xüsusilə, Türkiyənin bölgədə başlayacağı əməliyyat ehtimalları artdıqca terrorçular xalqı qorxutmaq üçün bildirişlər paylayırlar.

PKK-nın bölgədə yaşayan əhaliyə etdiyi müraciətlərdə: "Əgər bizi dəstəkləməsəniz Osmanlı dövləti geri dönər". PKK bu bildirişlərlə özlərinin iyrənc təbliğat maşınını işə salaraq oradakı əhalinin gözünü qorxutmaqla onlardan dəstək almağa çalışır.

PKK-nın "bildiriş"indən əvvəl Azad Suriya Ordusu bölgə əhalisinə: "PKK-nın sonu gələcək, bizimlə olun" - mesajları vermişdi. Bundan sonra bölgənin şeyxləri də keçiriləcək əməliyyat zamanı torpaqlarını geri ala bilmək ümidi ilə Azad Suriya Ordusuna dəstək mesajları vermişdi.