Dünyaca məşhur “Google” şirkəti oyuncaq istehsalına başlayacaq. İKT.lent.az-ın “gizchina.com” saytına istinadən məlumatına görə, 1 aprelin şərəfinə “Google” şirkəti video yaradıb.
Bu videoda şirkət özünün “Google Panda” köməkçisini (assistent) təqdim edir. Belə ki, “Google Panda” balaca panda formasında olan yumşaq oyuncaqdır və “Google Now” servisinin köməyi ilə idarə olunur, istifadəçinin bütün suallarına cavab verir.Məlum olub ki, şirkət bu konsepsiyanı bəyənib və “Google X” araşdırmalar laboratoriyası bu avadanlığın yaradılması üçün patent almaq üçün müraciət edib. Patentdən də görünür ki, ixtiraçılar oyuncağı başını onunla danışan adama tərəf çevirən mexanizmlə təchiz etmək niyyətindədir.
Oyuncağın dünya ilə təmas qurması üçün gözlərində kameralar quraşdırılacaq. Mikrofonlar isə oyuncağın qulaqlarında olacaq. Bu oyuncaqların da “Google Panda” kimi, istifadəçinin bütün suallarına cavab verəcəyi və gözlənilir.
Ancaq təəssüf ki, “Google” şirkətinin özündə smart-oyuncaqların buraxılacağı dəqiq tarixlə bağlı dəqiq məlumat verilmir. Bir çoxları ümid edir ki, üzümüzə gələn həftə baş tutacaq “Google I/O 2015” konfransında bu layihə haqqında ətraflı məlumat veriləcək.