Litvalı jurnalist Azərbaycandan yazıb

Litvalı jurnalist Azərbaycandan yazıb backend

Azərbaycana səfər edən litvalı jurnalist Pintaras Visatskas səfər təəssüratları barədə Litva mediasında yazıb.

Litva və rus dillərində dərc edilən məqalədə müəllif Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından danışıb: “Litvalılar üçün 28 may xüsusi gün deyil. Lakin 28 may azərbaycanlılar üçün müqəddəsdir. Bu bizim 16 fevral tariximizin analoqudur. Belə ki, 28 may 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti yaradıldı. Bir sözlə, həmin gün Azərbaycan müsəlman Şərqində ilk demokratik respublika oldu”.

Qeyd edək ki, jurnalist Bakıda Şəhidlər Xiyabanı, Xocalı qurbanlarının abidəsinin olması barədə məlumat verib. Bundan başqa Gəncə, Naxçıvan şəhərlərinə səfər edən müəllif bu şəhərlər barədə də öz təəssüratlarını bölüşüb.
Diaspora