Fransanın “Dyupyui de Lom” kəşfiyyat gəmisi iyunun 3-də Qara dənizə daxil olacaq.
Qaziler.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə informasiyanı RİA-Novosti agentliyi özünün etibarlı mənbələrinə istinadən yayıb.Agentliyin məlumatına görə, fransız gəmisi burada ABŞ “Ross” hərbi gəmisi ilə birləşəcək. Məhz bu gəmi elektron poçt və mobil telefon danışıqları tutmaq üçün müxtəlif aparatlarla təchiz edilib.
Bu fransız gəmisi keçən ilin aprel və may ayında da Qara dənizdə olub.
Xatırladaq ki, Amerikanın “Ross” gəmisi Aegis sistemləri, “Tomahavk” raketləri, RİM-156 SM-2 zenit raketləri, “Sikorski SH-60 Seahavk” vertolyotu ilə təchiz edilib.