Bu barədə Rəcəb Tayyib Ərdoğan məlumat verib
Türkiyə ordusu yaxın günlərdə Suriyada Fərat çayının şərq sahilində terrorçu qruplaşmalara qarşı hərbi əməliyyata başlayacaq.REAL-in Anadolu agentliyinə istinadən verdiyi məlumata görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Biz Fərat çayından şərqdə yaşayan əhaliyə qətiyyətlə sülh və əmin-amanlıq gətirmək istəyirik. Biz heç vaxt nə ABŞ hakimiyyətinə, nə də Suriyadakı amerikalı hərbçilərə qarşı çıxmamışıq. Amerikanı gələcəkdə də birgə yol gedəcəyimiz strateji tərəfdaş olaraq görürük. Suriya böhranına dair aramızdakı fikir ayrılıqlarının gələcəkdəki böyük iş birliyimizin önündə əngəl olmasına yol verməməliyik. Bir neçə günə Fərat çayının şərq sahilində hərbi əməliyyatlara başlayacağıq”, - Türkiyə lideri Ankarada çıxışı zamanı bildirib.
Prezidentin sözlərinə görə, Türkiyə hazırlanan əməliyyat barədə ABŞ-ı məlumatlandırıb.