Çin 180 terrorçu qruplaşmanı zərərsizləşdirib

Çin 180 terrorçu qruplaşmanı zərərsizləşdirib backend

Çin Xalq Respublikasının polisi il ərzində 180 terrorist qruplaşmasını zərərsizləşdirib. QAZİLER.AZ Ria-Novosti-yə istinadla bildirir ki, Çin Kommunist Partiyasının yerli komitəsinin məlumatına görə, 96% dən artıq qruplaşmanın fəaliyyəti hələ planlaşdırılma mərhələsində dayandırılıb. Ümumilikdə 112 nəfər könüllü olaraq təslim olub.

ÇXR polisi 2014-cü ilin mayından ölkənin şimal-qərbində Sincan Uyğur Muxtar Vilayətində (XUAR) fəaliyyət göstərən 181 terrorist qrupunu dayandırmağa nail olub. Bu barədə Sinxua agentliyi məlumat verib.

Sincan Anti-Terror əməliyyatı hələ keçən ilin mayında Urumçidə terror hücumundan sonra başlayıb.

QAZİLER.AZ bildirir ki, Sincan Uyğur Muxtar Vilayəti Çində ən problemli ərazidir. Son zamanlarda orada bir neçə terror hücumu baş verib.

Aydan Əlizamanlı - QAZİLER.AZ
Diaspora